TƏKLİFLƏR

Şagirdlər tərəfindən aparılan araşdırmalar və fikirlərin  qeyri-hökumət təşkilatlarının təmsilçiləri də iştirak edir və artıq araşdırmanın birinci mərhələsi barədə, yəni suda ekoloji problemlərin yaranma səbəbləri haqqında komissiyanın üzvü Eko-renesans İctimai Birliyinin rəhbəri İrşad Abbasov tərəfindən açıqlama verilib.








Su həyatdır, yoxsa ölüm mənbəyi..? 

Su həyatdır, yoxsa ölüm mənbəyi..? - FOTOLAR
Su vasitəsilə yoluxan infeksiyalar dünyadakı bütün ölüm səbəbləri arasında ikinci sırada yer alır. Təkcə ABŞ-dakı ishal xəstələrinin tibbi müayinəsinə sərf edilən illik məbləğ 6 milyard dollar olaraq, hesablanıb. Suların dezinfeksiyası və saflaşdırılması, insanların sağlamlıq və gigiyena mövzularında maarifləndirilməsi su ilə yoluxan infeksiyaların azalmasına gətirib çıxarır. 

Dünya əhalisinin təxminən 20 faizi təhlükəli içməli sulardan istifadə edir. İldə 200 milyona yaxın insan su ilə bağlı xəstəliklərə yoluxur və 2 milyondan çox insan kirli sulardan qaynaqlanan xəstəliklər səbəbi ilə həyatını itirir.  

İnkişaf etməkdə olan ölkələrdə tullantı sularının yalnız 5 faizi saflaşdırılır. Sənaye və ev tullantılarının ətraf mühitə zərər verməsi, axar sulara və yeraltı su qaynaqlarına nəzarətsiz olaraq, qarışması da ayrı bir problemdir.

Bir müddət öncə “facebook” sosial şəbəkəsində suyun tərkibində olan viruslardan yoluxma nəticəsində ishal hallarının baş verməsinə dair xəbərlər yayılmışdı. Belə halların baş verməsi ilə əlaqədar tibb elmləri doktoru, professor Adil Qeybullanın mövqeyini öyrəndik.


Professor infeksion xəstəliklərin əksəriyyətinin məhz su ilə yoluxduğunu bildirdi: “Bu infeksiyalar müxtəlif mənbələrdən suya düşərək, suvarma kanalları vasitəsilə tərəvəzlərin köklərinə, oradan da insana yoluxa bilər. Müxtəlif parazitlər insan orqanizminə bu yolla yoluxur. 

Vəba xəstəliyinin özü də su vasitəsilə yayılır. Bu, dörd karantin infeksiyasından biri sayılır, çox təhlükəli infeksiyadır. Əgər su mənbələrində vəba nüklonu varsa, bu, çox təhlükəlidir və dərhal karantin elan olunmalıdır və tam izoliyasiya aparılmalıdır. 

Çünki əhali bu xəstəliyə yoluxaraq və bir-birlərini yoluxduraraq, böyük bir epidemiyaya yol aça bilər.

  
Su ilə yayılan xəstəliklər təkcə infeksion xəstəliklər deyil. Suda olan müxtəlif ağır metallar, çöküntülər insan orqanizmində toksiki vəziyyətlərə (zəhərlənmələr və s.) gətirib çıxara bilər. İnfeksion xəstəliklərin əksəriyyəti ishal ilə müşayiət olunur”.

Professor müharibələr zamanı istifadə olunan bakterioloji silahların da su yolu ilə yayılan xəstəliklərin sırasına daxil olduğunu vurğuladı: “Xüsusi mikroorqanizmlər su vasitəsilə ötürülür və hədəf alınan bölgənin əhalisinə zərər vurulur. Bu mikroorqanizmlər hərbi sahəyə aid olduğu üçün gizli saxlanılır. Hər zaman su mənbələrində bakterioloji tədqiqatlar aparılır, nümunələr götürülür. Bir kubmetrdə suda olan bağırsaq çöplərinin miqdarı təyin olunur. Həmin bağırsaq çöpləri insan orqanizminə daxil olub, müxtəlif xəstəliklər törədir”.

 
Adil Qeybulla istənilən halda, su hövzələrinin, xüsusilə də içməli su mənbələrinin daim nəzarətdə saxlanmasının vacibliyini qeyd etdi: “Su hövzələrinin qorunması vəzifəsi dövlətin üzərinə düşür. Bunun üçün dövlətin Antisanitariya və Epidemiologiya Xidməti var. İnsanlar isə qorunmayan yerlərdən, məsələn, gölməçələrdən, təsadüfi hövzələrdən su içməməlidirlər.
 
Sovet dövründə suların təmizlənməsi üçün Sabirabad rayonunun Talış kəndində xüsusi süzgəclər quraşdırılmışdı. Kür-Araz hövzəsindən gələn su orada təmizlənib, Abşeron rayonuna daxil olurdu. Hazırda demək olar  ki, həmin qurğular işləmir. Ona görə də, suyun təmizlənməsi üçün poliakrilat deyilən maddədən və xlordan istifadə olunur. Xlor uçucudur və suyun tərkibində uzun müddət qala bilməz”. 

Krandan götürülən suya gəldikdə isə, A.Qeybulla bu suyun dərhal içmək üçün yararlı olmadığını bildirdi:“Onu bir müddət saxlamaq lazımdır ki, buxarlansın, çöküntülər çöksün və yalnız bundan sonra istifadə olunmalıdır. Pambıq vasitəsilə təmizləmə suyu iri mexaniki hissəciklərdən təmizləyə bilər. Lakin filtirlərdən istifadə daha məqsədəuyğundur. Sudan içmək, çay dəmləmək və yeməklər hazırlamaq məqsədilə istifadə üçün filterlərlə təmizləmə daha məsləhətlidir”.

Комментариев нет:

Отправить комментарий