EKOLOGİYA NƏDİR?
Ekologiya (latın dilindən tərcümədə: οικος (oykos) - ev, daxma,. — ev, təsərrüfat və λόγος (logiya) – elm, öyrənmək) canlı və cansız təbiətin qarşılıqlı münasibətini öyrənən elmdir. Bu ifadə ilk dəfə 1866-cı ildə alman bioloqu Ernst Hekkel tərəfindən işlədilmişdir.
İnsan
təbiətin bir hissəsi olub, onunla sıx bağlıdır. İnsanın həyatında və fəaliyyətində
təbiətin rolunu qiymətləndirmək olduqca çətindir. Təbiət insanların yaşayış
mühiti vəzifəsini görür, onun vəziyyəti cəmiyyətin rifah və inkişaf səviyyəsini
təyin edir.
Hələ
XX əsrin başlanğıcında yer kürəsinin əhalisi təmiz hava alır, saf su içirdi.
Dünya sonsuz, təbii sərvətlər isə tükənməz hesab edilirdi. Lakin bir neçə
onilliklərdən sonra dünya olduqca təhlükəli ekoloji fəlakət hüdudunda qaldı.
Ekoloqların fikrincə, əgər bəşəriyyət bu yolu davam etdirərsə, yaxın bir neçə nəsildən
sonra onu fəlakət gözləyir.
XX əsrin
ikinci yarısından başlayaraq əhalinin sürətlə artımı və elmi-texniki inqilab
biosferdə deqradasiya proseslərinin əlamətlərini yaratdı. Milyon illər ərzində
formalaşan təbii ekosistemlər ciddi dəyişikliyə məruz qalaraq insanın xarici təsirinə
qarşı davamsız vəziyyətə düşdü.
Elmi-texniki
inqilab həyatda məlum olmayan və ağıla sığmayan çox böyük gərginliklər yaratdı:
aviasiya və avtomobil nəqliyyatı, nüvə energetikası, kimya sənayesi və s. Bu və
digər sahələr təbiət üçün zərərli olmaqla yanaşı, həm də təbii resursların
azalmasına, bəzən tükənməsinə səbəb oldu. Belə ki, materiallardan və enerjidən
istifadə XX əsrdə son dərəcə sürətlə artaraq, hətta əhali artımını da keçdi.
Enerjidən istifadə 10 dəfə, materiallardan istifadə isə 9 dəfə çoxaldı.
İnsan
fəaliyyəti və onun təbiətlə qarşılıqlı əlaqəsi bu gün dünya əhalisinin əksəriyyətinin
həyat şəraitinin dəyişməsinə səbəb oldu.
Ekoloji
tarazlığı, onun mürəkkəb və bir-birilə sıxı bağlı mexanizmlərini, ətraf mühitin
(təbiətin) insanın təsirinə reaksiyasını, təbii sistemlərə yol verilə biləcək
yükü bilmədən, yəni ekoloji biliyə dərindən yiyələnmədən təbiətdən, onun
ehtiyatlarından səmərəli istifadə etmək, təbii mühiti həyat üçün yararlı
(davamlı) halda saxlamağı proqnozlaşdırmaq mümkün deyildir. Bu baxımdan
ekologiya elminə tələbat və maraq günü-gündən artır.
Ekologiya
canlı orqanizmlər arasında və onların olduğu mühitlə qarşılıqlı əlaqə haqqında
sintetik bioloji təlimdir. Ekologiyanın əsas predmeti daxilində enerji və üzvi
maddələrin transformasiya prosesi gedən və bir-birilə qarşılıqlı əlaqədə olan
canlı orqanizmlərin məcmusunu öyrənməkdir. Ekologiyanın əsas vəzifəsi
ekosistemdə enerji və materiyanın qarşılıqlı təsirini öyrənməkdir. Müasir
ekologiyanın diqqət mərkəzində ekosistemin konsepsiyası - ekoloji paradiqmanın
konstruksiyasının əsası durur. Ayrı-ayrı fərdlər, populyasiyalar, növlər, qruplaşmalar
və onların ətraf mühitlə qarşılıqlı əlaqəsi və ekoloji tədqiqat obyektləri
hesab olunur, lakin müstəqil bir elm kimi ekologiya üçün spesifik deyildir, belə
ki, onlarla digər bioloji elmlər (botanika, zoologiya, sistematika, genetika,
biocoğrafiya və b.) məşğul olur.
Ekologiya
elminin inkişafı XX əsrin əvvəlinə təsadüf edir. Çünki təbiətin vəziyyəti bu əsrin
30-cu illərinə qədər ciddi təşviş doğurmurdu. Lakin II Dünya müharibəsindən
sonra təbiətə, ətraf mühitə qarşı mənfi münasibət ilbəil gücləndiyindən
ekologiya elmi tamamilə yeni, inkişafı zəruri sayılan elm sahəsinə çevrildi.
Hazırda elmi-texniki tərəqqinin sürətlə inkişafı ilə əlaqədar və ətraf mühitin
mühafizəsi məsələlərinin həlli müasir tətbiqi ekologiyaya olan maraq dairəsini
özünün qanuni bioloji sərhədindən çıxarmışdır. Bununla əlaqədar ekologiya
elminin xüsusi sahələri meydana gələrək sürətlə inkişaf etməkdədir: Qlobal
ekologiya, insan ekologiyası, sosial ekologiya, mühəndis ekologiyası, kənd təsərrüfatı
ekologiyası, memarlıq ekologiyası, mədəniyyət ekologiyası, coğrafi ekologiya,
geokimyəvi ekologiya, rekreasiya ekologiyası, nəqliyyat ekologiyası, və bir çox
başqaları. Bu göstərilən sahələr ümumi ekologiyanın müstəqil bölməsi, yaxud nəzəri
və tətbiqi ekologiyaya bölünür. Bir tədris fənni kimi ekologiya 4 əsas bölməyə
ayrılır: 1) autekologiya və ya faktorlar ekologiyası (ekoloji faktorlar haqqında
təlim); 2) populyasiya ekologiyası, yaxud demekologiya; 3) ekosistem və qruplaşma
ekologiyası, yaxud biosenologiya (biogeosenologiya); 4) biosfer haqqında təlim.
-
Akvatik ekologiya - su orqanizmlərinin ekologiyası.
-
Analitik ekologiya - ekologiyanın orqanizmlər və onların populyasiyalarının
təbii mühitlə əlaqəsini öyrənən bölməsi.
- Aqroekologiya,
kənd təsərrüfatı ekologiyası - aqroekologiya, aqrosenologiya,
aqrorekologiya, mədəni fitosenologiya - aqrosenozlar və ya mədəni
ekosistemlər haqqında elm. Aqroekologiya aqrosenozlarda birgə məskunlaşmağa uyğunlaşan
orqanizmlər arasındakı əlaqəni, bir-birinə təsirini, mühitin onlara təsirini, hər
hansı bir biosenoloji mühitin yaranmasında orqanizmlərin rolunu, həmçinin
aqrosenozların strukturunu, tiplərini, məhsuldarlığını və rayonlaşdırılmasını tədqiq
edir. Aqroekologiyanın ümumi məqsədi - biosenoloji qanunauyğunluqlardan istifadə
etmək, mədəni bitkilərin məhsuldarlığını və keyfiyyətini yüksəltməkdir.
- Bitki
ekologiyası - ekologiya elminin bitki orqanizmlərinin bir-birilə və olduğu
yerin mühiti ilə olan əlaqəsini və təsirini öyrənən sahəsi.
-
Dinamiki (ekolyusion-dinamiki) ekologiya - orqanizmlər və onların
qruplarının (populyasiyalarının) dinamik - təkamül planında yaşadığı mühitlə əlaqəsini
öyrənən elm sahəsi.
- Təkamül
ekologiya - biologiyanın bir sahəsi olub təkamülün ekoloji aspektlərini tədqiq
edir.
-
Ekzobiologiya - Yerdən kənar həyat formalarının axtarışına və tədqiqinə həsr olunmuş
eksperimental elm sahəsi. Ekzobiologiyanın əsas problemləri: ətraf mühitin
ekstremal şəraitində quruda yaşayan orqanizmlərin sağqalma mexanizmlərinin
hüdudlarını müəyyən etmək və öyrənməkdən; ən mühüm bioüzvi birləşmələrin
abiogen sintezi yollarını və ilkin bioloji təkamül mərhələlərini aydınlaşdırmaqdan;
avtomatik bioloji laboratoriyaların köməyi ilə başqa planetlərdə həyatın aşkar
edilməsinin avtomatik üsullarını işləyib hazırlamaq və həyat meyarını müəyyənləşdirməkdən
ibarətdir.
- Ekoloji
biokimya - kimyəvi ekologiya, fitokimyəvi ekologiya - bitki və heyvanların
qarşılıqlı ələqələrinin biokimyəvi əsasları istiqamətində tədqiqatlar aparan
elm sahəsi.
- Ekoloji
energetika - 1) ekologiyanın energetika proseslərinin (termodinamik
qanunlar, energetik piramida, lindeman qanunu və s.) öyrənən bir bölməsi. 2) ətraf
mühit üçün təhlükəsi olmayan (onu çirkləndirməyən) energetika (enerjinin
alternativ mənbəyi), məsələn, hirdohelio və külək elektrik stansiyası, dənizin
qabarma və çəkilməsinin geotermik enerjisi, dəniz suyunun temperatur
qradiyenti, istilik nüvə enerjisi və sairədən istifadə.
- Elektroekologiya
- canlı təbiətdə elektrik əlaqələri haqqında elm.
- Ekopedologiya,
edafoekologiya - ekologiya və torpaqşünaslıq ayrıcında (qovuşuğunda)
kompleks elmi fənn. Torpağın abiotik (rütubətliyi, mexaniki-kimyəvi, qaz tərkibi,
turşuluğu, temperaturu və s.) və biotik komponentləri arasında qarşılıqlı əlaqəsini
öyrənir. Ekopedologiya, edafoekologiya terminini K.D.Kirise (1974) təklif etmişdir.
- Ekotoksikologiya,
ekoloji toksikologiya - ekosistemin tərkibinə daxil olan canlı orqanizmlərə,
əsasən populyasiya və biosenozlara kimyəvi maddələrin toksik effekti ilə bağlı
elmi və praktiki fənn. Zərərli maddələrin ətraf mühitə daxil olan mənbəyini,
onların yayılmasını və ətraf mühitdə çevrilmələrini öyrənir. Ekologiyanın əsas
bioloji obyekti insan sayılır. Ekologiya insan ekologiyasının mühüm problemini
- ətraf mühitdə mövcud olan zərərli maddələrin ziyanından insan sağlamlığını
qorumağı həll etməkdir.
- Ekotopologiya -
Yer qabığının strukturu, funksiyası, elementar vahidinin təkamülü haqqında
kompleks elm (ekologiya və fiziki coğrafiya qovuşuğunda). Ekotopologiya
konsepsiyasını V.B. Soçava (1968, 1972) işləmişdir.
- Eksperimental
ekologiya - insanın bilavasitə müdaxiləsi ilə istifadə olunan metodların
köməyi ilə aparılan tədqiqatlar vasitəsilə təbii və mədəni ekosistemlərin,
onların fraqmentlərinin, populyasiyalarının həyatını öyrənir. Bu obyektlərin bəziləri
laboratoriya şəraitində model metodları ilə tədqiq olunur.
-
Epeyrologiya - Yer (quru) ekosistemlərinin ekologiyası.
- Etnik ekologiya
- insan ekologiyası ilə etnoqrafıyanın qovuşuğunda yaranan elmi fənn. Etnik
qruplaşmaların ətraf təbii mühitlə qarşılıqlı təsirini öyrənir. Etnik ekologiya
nəzəri əsaslan V.İ.Kozlov (183) tərəfindən işlənmişdir.
- İnsan
ekologiyası - ekologiyanın insanın ətraf mühitlə qarşılıqlı əlaqəsini öyrənən
kompleks elm sahəsi (sosial ekologiyanın bir hissəsi). O, əhalinin inkişaf məsələlərini,
onun qorunması və sağlamlığını, biosferin və onun ayn-ayn hissələrinin
antroposistemlə qarşılıqlı əlaqəsini, həmçinin ətraf mühitin müxtəlif faktorlarının
insan orqanizminə təsirini öyrənir. İnsan ekologiyasının mühüm vəzifəsi insanın
sosial fəaliyyətinin elmi-texniki inkişaf şəraitində müxtəlif coğrafi regionların
istehsal-iqtisadi qanunauyğunluqlarını məqsədli mənimsənilməsini və dəyişdirilməsini
aşkar etmək, həmçinin belə şəraitdə əhalinin qorunması və sağlamlığının yaxşılaşdırılması
üzrə təbii qanunauyğunluqları öyrənməkdir.
- Kimya
ekologiyası - canlı təbiətdə kimyəvi əlaqələrin kompleks elm sahəsi.
- Kosmik
ekologiya - kosmik biologiya və fiziologiya-ekologiyanın bölməsi, kosmik gəmi
və stansiyanın praktiki olaraq tam qapalı mikroekosistemlərində insanın və digər
orqanizmlərin həyat fəaliyyətini tədqiq edir, uzunmüddətli (planetlərarası) uçuşlarda
həyatı təmin etmək sistemini və mühitin tam regenerasiyalı şəraitini yaratmaq
imkanmı (qismən su və qazların regenerasiyası) işləyib hazırlamağı öyrənir.
- Geokimyəvi ekologiya
- ekologiyanın orqanizmlər və onların qruplarının geokimyəvi mühitlə əlaqəsini,
həmçinin orqanizmlər və on-ların qruplarının özlərinin ekosistem şəraitində
geokimyəvi əlaqəsini öyrənən bölməsi.
Qidalanma
ekologiyası - trofekologiya. - ekologiyanın bölməsi; biosenozda qida əlaqələrinin
məcmusunu öyrənir. Trofekologiyanın fundamental konsepsiyasını ingilis ekoloqu
Ç.Elton (1927) hazırlamışdır.
- Mədəniyyət
ekologiyası - sosioloji ekologiyanın bölməsi; bəşəriyyətin öz tarixi boyu
yaratdığı mədəni və təbii mühitin müxtəlif elementlərinin saxlanması və bərpası
yollarını öyrənir (memarlıq, landşaft abidələri və b.).
- Populyasiya
ekologiyası - ekologiyanın bir bölməsi; populyasiyanı növün sadə mövcudluq
forması kimi öyrənir. Əsasən, populyasiyanın struktur və dinamikasını, heyvan
populyasiyasının cinsiyyət və yaş tərkibini tədqiq edir. Populyasiya ekologiyası
həmçinin populyasiyanın etoloji strukturunu öyrənir, bu isə populyasiya
ekologiyasının quruluş xarakterini ifadə edir; ərazidən və onun ehtiyatlarından
istifadəni, qarşılıqlı köməyi, düşməndən və əlverişsiz şəraitdən müdafiəni və
çoxalmanı təmin edən fərd birliyindən (heyvanlarda ailə, sürü, mikroorqanizm və
ibtidai bitkilər koloniyası, ali bitkilərdə ağac və qruplaşmalar və s.) ibarətdir.
Populyasiyanın etoloji strukturunun formalaşması heyvanlarda məlumat ötürmə əsasında
(kimyəvi, akustik, optik, mexaniki, elektromaqnit və s. siqnalların köməyi ilə)
gedir. Bu siqnallar reseptorlar vasitəsilə dərk edilir və orqanizmlərin
metabolizminə və davranışına təsir göstərir. Populyasiya uyğunlaşmasının mühüm
xüsusiyyəti mühit şəraitinin dəyişmə diapazonunu (populyasiyanın dözümlüyünü)
genişləndirən genetik polimorfizmdir.
- Sitekologiya -
sitologiya və ekologiya elm sahələri qovuşuğunda elm sahəsi. Xarici ekoloji
amillərin canlı orqanizmdə hüceyrələrin funksiyasına təsirini öyrənir.
Sosioloji
ekologiya - biosfer ekosistemində insan cəmiyyətinin səmərəli fəaliyyətinin əsasları
haqqında hələ tam formalaşmamış elm. İnsan fəaliyyətinin və texnologiyanın təsirinin
artmasilə əlaqədar sosioloji ekologiyanın əhəmiyyəti böyükdür.
- Tarixi
ekologiya - ekologiyanın müxtəlif təbii sistemlərin, insanların onlara təsir
etdiyi zaman ərzində tədqiqi ilə məşğul olan sahəsi.
- Tətbiqi
ekologiya - biosferin insan tərəfindən dağılması mexanizminin və bu
prosesin qarşısının alınması üsullarının öyrənilməsi, həyat mühitini
deqradasiyaya uğratmadan təbii resurslardan səmərəli istifadə edilməsi prinsiplərinin
hazırlanması. Tətbiqi ekologiya ekoloji təkliflərin, xüsusilə ətraf mühitin təmizlənməsinin,
səhralaşma prosesi ilə mübarizənin, torpağın rekultavisiyasının, iri sənaye müəssisələrinin
layihələşdirilməsinin bilavasitə həyata keçirilməsi ilə məşğul olur. Tətbiqi
ekologiya ekologiya və təbiətdən istifadə qanunları, qaydaları və prinsiplərinə
əsaslanır.
- Ümumi ekologiya
- bitki və heyvanat aləminə xarakterik olan orqanizm və mühit arasındakı
ümumi qanunauyğunluqları öyrənən elm sahəsi (bir bioloji varlıq kimi insan da
daxil olmaqla).
- Fizioloji
ekologiya - ekologiyanın bölməsi; orqanizmin (fərdlərin) adaptasiyası və uyğunlaşma
dəyişkənliyi əsasında müəyyən dəyişilmə qanunauyğunluqlarmı öyrənir.
- Heyvan
ekologiyası - ekologiyanın heyvanların həyat şəraitinin onların yaşadığı şəraitlə
əlaqəsini, həmçinin heyvan orqanizmin əsas fəaliyyətində (qidalanma, çoxalma,
yaşayış, sayının dəyişməsi və s.) mühit amillərinin rolunu öyrənən sahəsi.
Ayrı
fərd, bir və ya bir neçə növə mənsub canlıların yaşamasına, mühitə uyğunlaşmasına
təsir edən mühit amilləri ekoloji amillər adlanır. Öz təbiəti, mənşəyi və təsir
xüsusiyyətlərinə görə ekoloji amillər əsas üç qrupa bölünürlər: yəni biotik,
abiotik və antropogen amillər.
Biotik
amillər dedikdə bu və ya başqa canlıya onu əhatə edən başqa canlılar tərəfindən
göstərilən müxtəlif təsirlər nəzərdə tutulur.
Abiotik
amillərin əsasını - ekoloji baxımdan qeyri üzvi və cansız təbiətə aid amillərin
cəmi təşkil edir. Başqa sözlə desək, cansız təbiətin canlılara təsir edən
komponentləri abiotik amillərdir. Məsələn,: rütubət, işıq, təzyiq, sıxlıq və s.
Canlı
aləmə insanların təsiri antropogen amillərin əsası sayılır. Biotik və abiotik
amillərdən fərqli olaraq son 50-60 ildə antropogen amillərin biosferə təsiri
ilbəil artmışdır.
Ekoloji
tarazlığı, onun mürəkkəb və bir-birilə sıxı bağlı mexanizmlərini, ətraf mühitin
(təbiətin) insanın təsirinə reaksiyasını, təbii sistemlərə yol verilə biləcək
yükü bilmədən, yəni ekoloji biliyə dərindən yiyələnmədən təbiətdən. onun
ehtiyatlarından səmərəli istifadə etmək, təbii mühiti həyat üçün yararlı
(davamlı) halda saxlamağı proqnozlaşdırmaq mümkün deyildir.
Azərbaycanda
ekoloji mühit
Azərbaycan
Respublikasının ərazisi (86,6 min kv.km) Qafqaz boynunda geniş sahəni əhatə edərəк makro və mezorelyefin müxtəlif oroqrafik,
geomorfoloji elementlərini birləşdirir.
Respublikanın
şimalında, zirvələri daimi qar və buzlaqlarla örtülü olan, Böyük Qafqazın dağ
sistemləri uzanır (Bazardüzü d.- 4466 m, Şahdağ d.- 4243 m). Ərazinin
hündürlüyü, Xəzər dənizi sahilində, dəniz səviyyəsindən 27,0 m aşağıda yerləşir.
Şimal-qərbdə
Böyük Qafqaz dağ sistemlərinə dağətəyi düzənliklər, şərqdə isə 200 palçıq
vulkanı fəaliyyət göstərən Qobustan alçaqdağlıq rayonu birləşir.
Respublika
ərazisinin qərbində və cənub-qərbində Kiçik Qafqaz dağ sisteminin çoxsaylı sıra
dağları və Qarabağ vulkanik yaylası uzanır.
Cənub-şərqdə,
dəniz sahilboyunda isə Talıs dağları və Lənkəran ovalığı yerləşir.
Böyük
və Kiçik Qafqaz dağ sistemləri arasında maili düzənliklər və alçaqdağlıq tirələrlə
haşiyələnmiş Kür-Araz ovalığı uzanır.
Xəzəryanı
ovalıq ensiz zolaq şəklində, Dağıstan sərhədindən İran sərhədinə qədər bütün Xəzər
dənizi sahilboyunu əhatə edir.
Azərbaycanın
təbii-iqlim şəraitinin müxtəlifliyi təbii mühitin ekoloji vəziyyətinə təsir
edir. Bütün dünyanın, о cümlədən dövlətimizin
də ən vacib problemlərindən biri təbii mühitdə baş verən dəyişikliklərin
respublika əhalisinin sağlamlığına göstərdiyi təsirdir.
Ən
mühüm ekoloji məsələ - ətraf mühitin irimiqyaslı çirklənməsi ilə (yanacağın
yandırılması nəticəsində karbon qazının atmosferə buraxılması, sənaye istehsalatı
tullantıları ilə suyun və torpağın zəhərləməsi) mübarizə aparmaqdır: qlobal
ekosistemlərin dağılması - ekoloji sarsıntıların səbəbidir.
Hazırda
təbii mühitdə proseslərin qlobal dəyişiklikləri, о cümlədən, iqlimin istiləşməsi, atmosferin qaz tərkibinin pozulması, turşu
tərkibli yağışların yağması, ozon təbəqəsinin nazikləşməsi, təbiətdə maddələr
dövranının pozulması, kütləvi şəkildə meşələrin qırılması, torpaqların təbii
münbitliyinin azalması və eroziyanın güclənməsi, səhralaşmanın genişlənməsi, planetin
genofondunun azalması, təbii fəlakətlərin artması baş verməkdədir. Həyatı təmin
edən bütün təbii sistemlərin deqradasiyası baş verir.
Respublikamızda
bu problem ərazimizin coğrafi mövqeyinə, müxtəlif iqlim şəraitinə və kənd təsərrüfatının
aparılmasına görə xüsusi mürəkkəbliyi və çoxcəhətliyi ilə fərqlənir.
Meşələrin
mövcudluğu, onların vəziyyəti və mühafizə edilməsi ekologiyanın ən mühüm məsələlərindən
biridir. Meşələr, rütubəti dəniz və okeanlardan materiklərin ən ucqar nöqtələrinə
çatdıran, həyatda müstəsna rol oynayan nəhəng təbii nasoslardır. Rütubət
olmayan səhralarda külək yalnız dəniz istiqamətində сərəуаn edir. Respublikamızın
dağ yamaclarında meşələrin yaxşı qorunmaması, subalp və alp çəmənlərində hədsiz
və sistemsiz mal-qara otarılması eroziya prosesini gücləndirir, yarğanların,
sürüşmələrin əmələ gəlməsinə, dağıdıcı sellərin cövlanına, bioloji müxtəlifliyin
deqradasiyasına səbəb olur. Bununla əlaqədar ərazinin flora və faunası dəyişilmiş,
təbii-iqlim balansının pozulması və ekosistemin parçalanması baş vermişdir.
Azərbaycanda
bir sıra ekoloji cəhətdən gərgin zonalar mövcuddur. Bu zonalara Abşeron yarımadasının,
Kür, Araz və Oxçuçay çaylarının hövzələrini, Gəncə, Mingəçevir, Şirvan kimi iri
şəhərlərin ərazilərini aid etmək olar.
Abşeron
yarımadasının ərazisi, özünün sənaye infrastrukturuna, yaşayış məntəqələrinin
aqlomerasiyasına görə ekoloji cəhətdən çox təhlükəlidir. Burada biosferin tərkib
hissələrinin qanunauyğun fəaliyyəti kəskin pozulmuşdur.
Bu
gün respublikanın ekoloji vəziyyəti haqqında mükəmməl, ətraflı məlumatın alınması
cəmiyyət və dövlət üçün son dərəcə vacibdir.
Dünyada
baş verən təbii-iqlim proseslərinin qarşılıqlı əlaqəsi respublikamızın da təbii-iqlim
proseslərinə öz təsirini göstərir. Buna görə də dünyanın təbii mühitinin ekoloji
vəziyyəti Azərbaycanın da ekoloji vəziyyətinə ciddi təsir göstərir.
Azərbaycan
Respublikasında ekoloji vəziyyətin sağlamlaşdırılması məqsədilə son dövrdə ölkəmizə
əvvəlki illərdən miras qalmış mövcud olan su ehtiyatlarının çirklənməsinin qarşısının
alınması, biomüxtəlifliyin qorunması, yaşıllıqların artırılması, neft və digər
tullantılarla çirklənmiş torpaqların təmizlənməsi, bərk sənaye və məişət
tullantılarının, o cümlədən təhlükəli tullantıların tələb olunan səviyyədə
utilizə olunmasının təmin edilməsi istiqamətlərdə intensiv fəaliyyət göstərilmişdir.
Ölkəmiz
üçün aktual olan ekoloji problemlərin davamlı inkişaf prinsipləri əsasında
müvafiq dövlət proqramları çərçivəsində həll edilməsi istiqamətində ciddi tədbirlər
görülür. 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq
olunmuş “Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair” və “Meşələrin
bərpa edilməsi və artırılmasına dair” milli proqramlara daxil edilmiş tədbirlər
ardıcıl həyata keçirilir.
Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 28 sentyabr tarixli Sərəncamı ilə təsdiq
olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair
2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nın icrasını təmin etmək məqsədilə
ölkənin müxtəlif bölgələrinin, əsasən də Bakı şəhəri və Abşeron yarımadasının ətraf
mühitinin sağlamlaşdırılması istiqamətində məqsədyönlü tədbirlər görülür.
Azərbaycan
Xəzəryanı dövlətlər arasında yeganə ölkədir ki, dənizin və onun akvatoriyasının
çirklənmədən təmizlənməsi üzrə kompleks tədbirlər həyata keçirir.
“Əhalinin
ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 20 iyun tarixli Sərəncamına
əsasən Kür və Araz çaylarının suyundan istifadə edən yaşayış məntəqələrinin
ekoloji cəhətdən təmiz su ilə təmin edilməsi məqsədilə konkret tədbirlər həyata
keçirilmişdir.
Respublika
ərazisinin təbii örtüyünün qorunması ciddi problem olaraq qalır. Son illərdə
xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi istiqamətində
mühüm addımlar atılmışdır. Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiqlənmiş
müvafiq sərəncamlara əsasən xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi
sahəsi qısa müddət ərzində təqribən iki dəfə artırılmışdır.
Azərbaycan
Respublikası ətraf mühitə dair mühüm beynəlxalq konvensiyaların hamısına qoşulmuşdur.
Azərbaycan
Respublikasında ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən kompleks tədbirlər
və əhali arasında ekoloji təbliğatın və maarifləndirmənin gücləndirilməsi
insanların sağlam təbii mühitdə yaşamasına, təbii sərvətlərdən xalqın rifahının
yaxşılaşdırılması naminə istifadəsinə xidmət edir.
Hazırda
respublikamızda ekoloji mühitin pozulması, meşələrin, otlaqların, kənd təsərrüfatına
yararlı torpaqların azalması, bəzi yerlərdə tamamilə sıradan çıxarılması, şəhərlərdə
atmosfer havasının, Kür, Araz və digər çayların, Xəzərin, torpağın çirklənməsi,
bir sıra bitki və heyvan növlərinin bioloji müxtəlifliyinin pozulması və ya
azalması, ekoloji problemlərin təxirəsalmadan həllinin zəruriliyi ekologiya
elminə tələbat və marağı günü-gündən artırır.
Əhalinin
ekoloji təhsili və maarifləndirilməsi çərçivəsində Prezident Kitabxanasının əməkdaşlarının
hazırladıqları bu elektron resursda ölkəmizdə mövcud olan ekoloji problemlər və
dövlətin həyata keçirdiyi ekoloji siyasətin əsas istiqamətləri haqqında
materiallarla yanaşı, bu sahədə yaradılmış qanunvericilik bazası və ekologiyaya
aid hazırlanmış elektron resurslar internet istifadəçilərinə təqdim edilir.
İstifadə olunmuş ədəbiyyat:
1. Məmmədov Qərib, Xəlilov Mahmud. Ekologiya, ətraf
mühit və insan. Bakı, “Elm” 2006, səh. 3-4.
2. Məmmədov
Qərib, Xəlilov Mahmud. Ensiklopedik ekoloji lüğət. Bakı, “Elm”, 2008. səh.
61-64.
3.
Ekoloji atlas. Tərtib edənlər: Məmmədov Q., Xəlilov M., Məmmədova S. Bakı,
Kartoqrafiya Fabriki, 2009, səh.8.
Комментариев нет:
Отправить комментарий